Şirkət haqqında
“AGRO ART” - art made in Azerbaijan
2017-ci ildə yaradılmış AGRO ART" MMC aqrar-sənaye kompleksi innovativ metodlar və müasir texnologiyalar tətbiq etməklə, ekoloji cəhətdən təmiz məhsul istehsalında böyük uğurlara nail olmuşdur.
İnnovativ metodlar və texnologiyaların tətbiqi texnoloji xərclər və riskləri azaltmağa, bitkilərin keyfiyyətli qidalandırma və müdafiə elementlərinin istifadəsini optimallaşdırmağa, enerji sərfini minimuma endirməyə və istehsal olunan məhsulun həcmini artırmağa imkan verir.
AGRO ART" MMC aqrar-sənaye kompleksi faydalı və dadlı tərəvəz və meyvələrin becərilməsində ixtisaslaşır. Yerli və xarici istehlakçıların ehtiyaclarını tam ödəmək üçün bu istiqamətdən 100-dən çox insan uğurla fəaliyyət göstərir.